ABŞ maliyyə nazirindən şok etiraf: İranda etirazları belə başlatdıq...

ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, İranda böyük etirazlara gətirən dollar böhranına onun nazirliyi səbəb olub.

Musavat.com xəbər verir ki, nazir bu barədə Senatın İqtisadiyyat Komitəsi qarşısında ifadə verərkən danışıb: "Maliyyə Nazirliyi və biz ölkədə (İranda-red.) dollar çatışmazlığı yaratdıq. Mən bu strategiyanı mart ayında Nyu-York İqtisadi Klubunda çıxışımda açıqladım. Bu, dekabr ayında sürətli və deyərdim ki, möhtəşəm bir sonluğa gətirib çıxardı".

Bessent qeyd edib ki, bu tədbirlər İranın ən böyük banklarından birinin iflasına, İran valyutasının çökməsinə və inflyasiyanın artmasına səbəb olub. O, insanların küçələrə çıxmasının səbəbinin iqtisadi nəticələr olduğunu aydınlaşdırıb.

Qeyd edək ki, İranda minlərlə insanın öldürülməsi ilə nəticələnən etiraz dalğası 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın devalvasiyasından sonra başlanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31