Moskvada generala qarşı sui-qəsd edilib
11:57 DünyaRusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd Moskvanın şimal-qərbində törədilib, o, xəstəxanaya yerləşdirilib.
Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
"Rusiya Federasiyasının İstintaq Komitəsi Moskvanın şimal-qərbində Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevin qətlə yetirilməsinə cəhd faktı üzrə Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi (qətlə cəhd), 222-ci maddəsinin 1-ci hissəsi (odlu silahın qanunsuz dövriyyəsi) əlamətləri ilə cinayət işi açıb", - deyə o bildirib.
İstintaqın məlumatına görə, 6 fevral 2026-cı il tarixində Moskva şəhərində Volokolamsk şossesində yerləşən yaşayış binasında şəxsiyyəti hələ müəyyən edilməmiş şəxs bir kişiyə bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.
"Zərərçəkən şəhər xəstəxanalarından birinə hospitalizasiya olunub", - Petrenko qeyd edib.