Erməni kilsəsində daxili qarşıdurma: Keçmiş keşişlər Qaregini məhkəməyə verdi – ÖZƏL
11:44 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Həvari Kilsəsinin (EHK) rütbəsindən məhrum etdiyi keçmiş keşişlər Aram Asatryan və Aramais Taxmazyan Katolikos II Qareginin qərarına qarşı məhkəmə iddiası qaldırıblar. Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsi işi icraata götürüb.
Hər iki din xadimi "kilsəni nüfuzdan salmaqda" ittiham olunaraq rütbələrindən məhrum ediliblər. Onlar isə bu qərarın ləğvini tələb edirlər. Kilsə öz növbəsində Aram Asatryana qarşı iddia qaldıraraq, ondan İrəvandakı xidməti mənzilin və Ovanavank monastırının açarlarını təhvil verməsini tələb edir.
Keçmiş keşişlərin hazırkı hökuməti dəstəkləyən bəyanatlarla çıxış etdikləri bildirilir. Bənzər şəkildə vəzifəsindən kənarlaşdırılan digər din xadimi Yepiskop Saroyan da məhkəmə yolu ilə bərpa olunmağa çalışır. Artıq Ermənistan İstintaq Komitəsi məhkəmə qərarını icra etmədiyi üçün Kilsəyə qarşı cinayət işi açıb.