ABŞ İrana qarşı mümkün hərbi əməliyyatın məqsədlərini hələ müəyyən etməyib- ÖZƏL
10:34 DünyaABŞ hakimiyyəti İrana qarşı mümkün hərbi əməliyyatın konkret məqsədlərini hələ müəyyən etməyib. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ rəsmiləri NBC News telekanalına açıqlama veriblər. Vaşinqton administrasiyasından iki rəsminin sözlərinə görə, Prezident Donald Tramp hələlik ABŞ qoşunlarının İranda hansı nəticələrə nail olmalı olduğu ilə bağlı dəqiq göstəriş verməyib. Bildirilir ki, Amerika lideri hərbi əməliyyatların konkret hədəfləri barədə də qərar verməyib. Ümumilikdə isə ABŞ administrasiyası daxilində İrana mümkün hərbi müdaxilədən sonra Vaşinqtonun hansı rolu oynayacağı ilə bağlı fikir ayrılığı mövcuddur və ortaq mövqe formalaşmayıb.
Qeyd edək ki, ABŞ və İranın cümə günü Omanda Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparacağı gözlənilir. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edəcək.