Türkiyə-Aİ münasibətlərində yeni mərhələ: Üzvlük hələlik gündəmdə deyil – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Ankaraya səfəri öncəsi mühüm bəyanatlarla çıxış edib. 

Marta Kos bildirib ki, Aİ Türkiyə ilə münasibətlərə "yeni baxış" gətirmək niyyətindədir. Əsas hədəf üzvlük danışıqlarını bərpa etmək deyil, qarşılıqlı etimadı artırmaq və iqtisadi əlaqələri gücləndirməkdir.

Ukraynadakı müharibənin Qara dəniz regionundakı reallıqları dəyişdiyini vurğulayan Kos, Türkiyənin Brüssel üçün əvəzolunmaz tərəfdaş olduğunu qeyd edib.
Avropa Komissiyası Mərkəzi Avropa və Cənubi Qafqazı birləşdirən nəqliyyat və ticarət dəhlizlərinə investisiya qoyuluşunu nəzərdə tutan yeni proqram təqdim edəcək.

Ankara hələ də əsas hədəfinin tam üzvlük olduğunu bildirsə də, Yunanıstan və Kipr (Yunan hissəsi) Türkiyədən konkret güzəştlər (məsələn, limanların açılması) tələb edərək normallaşmaya ehtiyatla yanaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31