Kobaxidze: Konstitusion quruluşa hörmət üçün hüquqi mexanizmlər olmalıdır – ÖZƏL

Gürcüstanda konstitusion quruluş mövcuddur və hər kəs Konstitusiyaya hörmət etməlidir. 

Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, konstitusion orqanların legitimliyini tanımayan şəxslərlə bağlı hüquqi mexanizmlər mövcud olmalıdır.

Kobaxidze Almaniya Konstitusiya Məhkəməsinin son qərarını xatırladaraq qeyd edib ki, həmin qərarda konstitusion quruluşu tanımayan bir qurumun fəaliyyəti qadağan edilib və bu, beynəlxalq praktikada məntiqli yanaşma sayılır. Baş nazir vurğulayıb ki, əsas məqsəd konstitusion nizamın qorunmasıdır və qanunlar düzgün yazılmalı, hüquqi təcrübə isə balanslı şəkildə formalaşdırılmalıdır.

O əlavə edib ki, sərhədlərin düzgün müəyyən edilməməsi halında məsələ həm daxili, həm də beynəlxalq instansiyalarda müzakirəyə çıxarıla bilər. Baş nazirin sözlərinə görə, əsas olan konstitusion quruluşa hörməti təmin edən mexanizmlərin yaradılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31