Əbu-Dabidə Rusiya və ABŞ arasında MÜHÜM RAZILAŞMA

Rusiya və ABŞ yüksək səviyyədə hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib.Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin Avropa Komandanlığı məlumat yayıb.Bu addım, xüsusilə Ukrayna müharibəsi fonunda tərəflər arasında gərginliyin azaldılması məqsədilə atılıb.Qeyd olunur ki, razılaşma Əbu-Dabidə keçirilən bir sıra görüşlər nəticəsində əldə edilib.Amerika tərəfindən general Aleksus Qrinkeviçə "gözlənilməz eskalasiyanın qarşısını almaq üçün mexanizm təmin etmək" məqsədilə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla dialoq aparmaq səlahiyyəti verilib.Ekspertlər hesab edir ki, bu, iki ölkə arasında mümkün gərginliyi azaltmaq üçün mühüm addımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31