Rusiyadan Qazaxıstana qaz ötürən boru kəməri layihəsi 2023-cü ildə tamamlanacaq

Qazaxıstanın şimal bölgələrini təmin etmək üçün nəzərdə tutulan İşim-Astana qaz kəmərinin 2030-cu il yanvarın 1-də istifadəyə verilməsi planlaşdırılır.

Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstanın Moskvadakı səfiri Dauren Abayev məlumat verib.

Səfir iki ölkə arasında qaz tranziti məsələləri üzrə dərinləşən əməkdaşlığı qeyd edib:

"Rusiya qazının Qazaxıstan vasitəsilə Özbəkistana tranzit həcmi durmadan artır. Bu layihə Mərkəzi Asiyada regional sabitliyi və enerji təhlükəsizliyini gücləndirəcək", - deyə diplomat bildirib

O layihənin Qazaxıstanın qaz nəqli infrastrukturunun genişləndirilməsinə və modernləşdirilməsinə kömək edəcəyini vurğulayıb.

2025-ci ilin oktyabrında "Qazprom" və Qazaxıstan Rusiyadan yeni qaz kəmərinin çəkilməsi üzrə memorandum imzalayıblar. Kəmərin ötürmə qabiliyyəti 10 milyard kubmetrə çata bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31