Uitkoff Ukrayna üzrə danışıqların ilkin nəticəsini açıqladı
14:52 DünyaBirləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna üzrə danışıqlar məhsuldar keçirilir, ancaq hələ də görüləsi çox iş var.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff "X" səhifəsində yazıb.
Onun sözlərinə görə, təfsilatlı və məhsuldar sülh danışıqları sayəsində tərəflər hərbi əsirlərin mübadiləsi üzrə razılığa gələ biliblər.
"Amma qarşıda hələ görüləsi çox iş var, belə addımlar onu göstərir ki, fasilasiz diplomatik qarşılıqlı fəaliyyət nəzərəçarpan nəticələr gətirir və Ukraynada müharibənin sona çatdırılmasına yönəlmiş ölçüləri möhkəmləndirir",- deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31