İranla danışıqlarda irəliləyiş olsa, ABŞ güc tətbiqindən çəkinəcək
14:27 Dünya"ABŞ fevralın 6-da aparılan danışıqlar zamanı müəyyən irəliləyiş və qəbul edilə biləcək razılaşma perspektivi görsə, İranla konfliktin güc yolu ilə həllinə əl atmayacaq".
Olaylar.az xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.
"Prezident Trampın səbri sonsuz deyil, amma irəliləyiş, fəallıq və potensial razılaşma imkanını görsə, əlbəttə, hər şeyi nəzərdən keçirəcək. Potensial razılaşma varsa, iranlılar nüvə ambisiyalarından imtina mövzusuna ciddi yanaşsa, razılaşma da olacaq. Əks halda, nəticələr onlar üçün ağır olacaq", - Uitaker vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31