Melaniya Tramp ukraynalı uşaqların qaytarılması üçün Putinin komandası ilə təmasdadır
12:56 DünyaABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya Prezidenti Vladimir Putinin komandası ilə birbaşa təmasda olduğunu və ukraynalı uşaqların Rusiyadan vətənlərinə geri qaytarılmasına nail olmaq məqsədilə səylərini davam etdirdiyini bildirib.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"Bunun üzərində işləyirəm və proses davam edir. Ümid edirəm ki, çox yaxın zamanda uğura nail olacağıq", -deyə Ağ Evdə jurnalistlərə açıqlama verən Melaniya Tramp bildirib.
ABŞ mətbuatının yazdığına görə bu kommunikasiya xətləri Melaniya Trampın ötən ilin avqustunda Putinə məktub yazmasından bəri qorunub saxlanılır. Bildirilir ki, xüsusilə ukraynalı uşaqlar məsələsinə toxunulan məktub həyat yoldaşı - Prezident Donald Tramp tərəfindən şəxsən çatdırılıb.
Melaniyanın bu təşəbbüsündən sonra 15 uşaq ( təkcə dekabr ayında yeddi uşaq) Rusiyadan Ukraynaya qaytarılıb.
Ukrayna tərəfi iddia edir ki, Rusiya 2022-ci ilin fevralında başlayan müharibədən bəri valideynlərin razılığı olmadan azı 19 min ukraynalı uşağı Rusiyaya və ya Rusiya nəzarətində olan ərazilərə aparıb.