Əbu-Dabidə Ukrayna münaqişəsi üzrə danışıqlar davam edir (FOTO)

Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ikinci günü start götürüb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə fevralın 5-də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rüstəm Umerov məlumat verib.

"Əbu-Dabidə danışıqların ikinci günü başlayıb",- deyə o, Telegram kanalında yazıb.

Onun sözlərinə görə, danışıqları əvvəlki formatlarda aparılır: üçtərəfli məsləhətləşmələr keçirilir və bundan sonra mövqelərin əlaqələndirilməsi həyata keçirilir.

Günün nəticələri barədə daha sonra məlumat veriləcəyi bildirilir.

Əbu-Dabidə Ukrayna münaqişəsi üzrə danışıqlar davam edir (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31