Paşinyan: Bu mükafatın Əliyev və mənə verilməsi sülhə yeni təkan verəcək
16:33 DünyaErmənistan Baş naziri Nikol Paşinyan Əbu-Dabiyə (BƏƏ) işgüzar səfəri çərçivəsində Zayed İnsan Qardaşlığı Mükafatının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumət başçısının mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər əmin olduqlarını bildiriblər ki, mükafatın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş nazirinə verilməsi faktı iki ölkə arasında sülh gündəliyinə yeni təkan verəcək, regionda əməkdaşlıq və sabitliyin təmin edilməsi istiqamətində ardıcıl irəliləyişə töhfə verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31