Aİ Diplomatik Xidmətinin Baş katibi: ABŞ-ı hazırda Aİ-nin müttəfiqi adlandırmaq çətindir - ÖZƏL

Avropa İttifaqının Diplomatik Xidmətinin Baş katibi Belen Martinez Karbonel bildirib ki, hazırkı mərhələdə ABŞ-ı Aİ-nin müttəfiqi kimi xarakterizə etmək çətindir. Olaylar.az xəbər verir ki, El País qəzetinə müsahibəsində qeyd edib ki, ABŞ hələ də Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaş olaraq qalır, lakin münasibətlərdə qeyri-müəyyənlik mövcuddur. Karbonelin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın siyasəti proqnozlaşdırılması çətin olan xarakter daşıyır. Aİ rəsmisi əlavə edib ki, müttəfiqlərlə münasibətlərdə sürprizlər adətən məhdud olur, hazırkı vəziyyətdə isə bu risk daha genişdir. NATO-nun gələcəyinə toxunan Karbonel bildirib ki, Qrenlandiya ilə bağlı ən mənfi ssenarilərin reallaşması alyansın indiki formada mövcudluğunu sual altına qoya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31