Filippində irimiqyaslı yanğın minə yaxın evi məhv etdi
14:43 DünyaFilippinin cənubunda yerləşən Bonqao şəhərinin yaşayış məhəlləsində baş vermiş irimiqyaslı yanğın nəticəsində minə yaxın ev yanıb.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Məlumata görə, yanğın çərşənbə axşamı yerli vaxtla 22:00-dan sonra başlayıb və yalnız bu gün ysaat 02:00-da lokallaşdırılıb. Alovun sürətlə yayılmasına güclü külək səbəb olub.
Ehtimal olunan səbəbi qısaqapanma olan yanğın bir neçə piyada körpüsünə də ziyan vurub ki, bu da xilasedicilərin və yanğınsöndürənlərin işini çətinləşdirib. Rayon sakinləri təxliyə edilib. Həlak olanlar barədə məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31