İran ABŞ-la danışıqlarda yalnız nüvə proqramını müzakirə edəcək - ÖZƏL

İran ABŞ-la aparılacaq danışıqlarda mövzunu yalnız nüvə proqramı ilə məhdudlaşdırmağı planlaşdırır. Olaylar.az xəbər verir ki,  Bloomberg agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, Tehran raket proqramının məhdudlaşdırılması və Yaxın Şərqdəki xarici siyasəti ilə bağlı məsələləri müzakirə etməyə hazır deyil.
Mənbələrin bildirdiyinə görə, İran tərəfi dialoqu yalnız nüvə proqramı ilə bağlı məsələlər çərçivəsində aparmaq niyyətindədir. Danışıqların Omanda keçirilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, əvvəlcə görüşlərin Türkiyədə, İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və amerikalı sahibkar Cared Kuşnerin iştirakı ilə keçirilməsi planlaşdırılsa da, format dəyişdirilib.
Bloomberg yazır ki, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Pakistan və Səudiyyə Ərəbistanı bölgədə mümkün hərbi eskalasiyanın qarşısını almaq üçün diplomatik səylər göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31