Əbu-Dabidə Ukrayna danışıqlarının ikinci raundu başladı
14:21 DünyaBirləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqların ikinci raundu start götürüb.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Danışıqlarda ABŞ-ni Ağ Ev rəhbəri Donald Trampın xüsusi elçisi Stif Uitkoff təmsil edir.
Rusiyadan olan nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş idarəsinin rəisi admiral İqor Kostyukov başçılıq edir.
xxx
12:45
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya, ABŞ, Ukrayna nümayəndələrinin iştirakı ilə keçiriləcək danışıqların ikinci raundunda iştirak etmək üçün Əbu-Dabiyə səfər edib.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bir müddət əvvəl xüsusi elçini daşıyan təyyarə BƏƏ-də hava limanına eniş edib.
Qeyd edək ki, 4-5 fevral tarixlərində BƏƏ paytaxtında Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqlar keçiriləcək.