Yaponiyada güclü qar çovğunu azı 35 nəfərin həyatına son qoyub
10:05 DünyaYaponiyanın şimal bölgələrində, həmçinin Yapon dənizinin sahillərində müşahidə olunan güclü qar çovğunu ilə əlaqədar səbəblərdən azı 35 nəfər həlak olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qurbanların siyahısına damı qardan təmizləyən zaman yıxılaraq həyatını itirmiş, yolları və həyətləri təmizləyən zaman ürək çatışmazlığı keçirmiş insanlar da daxil edilib.
Niiqata prefekturasında isə bir sakin qalın qar kütləsinin təzyiqi altında uçmuş evinin dağıntıları altında qalaraq həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31