ABŞ Konqresinə aralıq seçkilərində Demokratlar Nümayəndələr Palatasına nəzarəti ələ keçirirlər – ÖZƏL
11:19 DünyaOlaylar.az xəbər verir ki, "Bloomberg" agentliyinin proqnozuna görə, ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən Demokratlar Partiyası Nümayəndələr Palatasında çoxluğu təmin edəcək. Məlumata görə, demokratların nəzarət üçün tələb olunan 218 yerin əvəzinə 223 mandat qazanacağı gözlənilir, respublikaçılar isə hazırda 126 mandat əldə ediblər. 3 noyabrda baş tutan seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın 35 üzvü seçilib. Agentlik həmçinin Senata nəzarətin də azı 51 mandatla demokratlara keçəcəyini proqnozlaşdırır. Seçkilərə qədər Nümayəndələr Palatasında çoxluq 4 yerlik üstünlüklə respublikaçılara məxsus idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31