ABŞ ordusu Ərəbistan dənizi üzərində İrana məxsus PUA-nı vurdu

ABŞ ordusu İranın pilotsuz uçuş aparatını vurub.

Bu barədə "Reuters" agentliyi xəbər verib.

Məlumata əsasən, uçuş aparatı Ərəbistan dənizində Amerikanın nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi olan "Abraham Linkoln"a doğru hərəkət edirdi.

Bildirilib ki, "Şahed-139" pilotsuz uçuş aparatı "F-35" qırıcı təyyarəsi tərəfindən məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31