Ukrayna ordusu şəhəri azad etdi

Ukrayna Silahlı Qüvvələri Kupyansk şəhərində mövqeləri bərpa edib.

Olaylar.az xəbər verir ki, bu barədə "DeepState" məlumat yayıb.

Bildirilib ki, Ukrayna ordusu indiyədək "boz" və "qırmızı" zonalarda olan şəhərin əhəmiyyətli hissəsini nəzarətə götürüb. Rusiya şəhərin şimal hissəsində mövqelərini saxlamaqda davam edir.

Həmçinin qeyd edilib ki, ruslar Ukraynanın nəzarətində olan Donetsk vilayətinin cənub hissəsində Udaçne və Qrişine ətrafında irəliləyiblər. rusiya ordusunun Slovyansk-Kramatorsk aqlomerasiyasına gedən marşrut üzərində yerləşən Privillne ətrafında da irəlilədiyi iddia edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31