Xamenei və İranla bağlı diqqətçəkən iddia: Bu, son fəsildir

ABŞ-nin məşhur "Time" yeni üz qabığını İranın Ali rəhbəri Əli Xameneiyə həsr edib.

Olaylar.az xəbər verir ki, nəşrin üz qabığında dərc olunan karikaturanın üzərində "Ayətullahdan sonra" ifadəsi yer alıb.

İranda hakimiyyət əleyhinə etirazlara diqqət çəkən "Time" iddia edib ki, baş verənlər zamanı 30 mindən çox insan öldürülüb:

"Yanvarın 8-də İran hakimiyyəti interneti bağladı və təhlükəsizlik qüvvələrinə əmrlər verdi. Bunun ardınca İkinci Dünya müharibəsindən bəri ən şiddətli silahlı qırğınlardan biri baş verdi. Təkcə Tehranda minlərlə insan öldürülüb. Dəqiq sayı yoxlamaq çətin olsa da, İranın səhiyyə rəsmiləri "Time"a bildiriblər ki, rəqəmlər əksər təxminləri çox üstələyə bilər, paytaxtda 48 saat ərzində 30 000 insan öldürülüb.

Prezident Donald Tramp ABŞ-nin "xilas edəcəyinə" söz vermişdi, amma etmədi. Rejim qələbə qazandığını iddia edir. Yanvar ayı başa çatanda Prezident "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisini göstərdi və ayətullahlardan "razılaşma" tələb etdi. İranlılar isə ölülərini sayırdılar".

ABŞ nəşri məqalədə İranın iqtisadi vəziyyətinə də yer verib:

"İran iqtisadiyyatı sərbəst şəkildə çökür. Despotlar isə susqunluq içindədir. Bir mühacir jurnalistin 2022-ci ildə baş verən etirazlar zamanı dediyi kimi: "Bunun İslam Respublikasının son fəsli olub-olmadığını bilmirəm, amma bu, son fəsildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31