Şatdaunun uzanmasına imkan verilməməlidir - Tramp

ABŞ hökumətin daha bir uzunmüddətli və zərərli bağlanmanın qarşısını almalıdır.

Musavat.com xəbər verir ki, prezident Donald Tramp bunu "Truth Social" hesabında qeyd edib:

"Qaldırılan məsələləri həll etmək üçün birlikdə və vicdanla çalışacağıq, lakin ölkəmizə ciddi ziyan vuracaq daha bir uzun, mənasız və dağıdıcı bağlanmaya dözə bilmərik".

O, büdcə layihəsinin Nümayəndələr Palatasında olduğunu bildirib: "Ötən həftə Senat tərəfindən təsdiqlənən mövcud maliyyələşdirmə müqaviləsinin Nümayəndələr Palatasından keçib masama çatması üçün spiker Mayk Consonla çox çalışıram və dərhal imzalayacağam!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31