Şamxanidən AÇIQLAMA - İran ABŞ-dan güzəşt tələb edir
10:27 DünyaTehran ABŞ-ın güzəştləri şərtilə uranı zənginləşdirmə səviyyəsini 60 faizdən 20 faizə endirməyə hazırdır.
Musavat.com xəbər verir ki, bunu İranın Ali Liderinin müşaviri Əli Şamxani "Əl Mayadeen TV"yə verdiyi müsahibədə deyib:
"Əgər onlar (ABŞ-red) narahatdırlarsa, 60 faizlik zənginləşdirmə səviyyəsi 20 faizə endirilə bilər, amma onlar bunun əvəzini ödəməlidilər".
Şamxaninin sözlərinə görə, Tehran "uranın 60 faizə qədər zənginləşdirilməsinin yalnız düşmənin planlarına qarşı durmaq, ikincisi isə danışıqlara və dialoqa hazırlaşmaq üçün nəzərdə tutulduğu fundamental ideyasına sadiqdir".
İran rəsmisi bildirib ki, Tehran məsələsi ilə bağlı yalnız ABŞ ilə danışıqlar aparmağa hazırdır, çünki Avropa öz səriştəsizliyini sübut edib: "İran dəfələrlə ABŞ ilə praktik danışıqlara hazır olduğunu təsdiqləyib və nümayiş etdirib, başqa heç bir tərəflə deyil. Avropa ABŞ prezidenti Donald Trampın 2018-ci ildə nüvə sazişindən çıxmasından bəri, eləcə də ötən ilin iyun ayında müharibəyə qədər aparılan danışıqlar zamanı heç nə edə bilməyəcəyini sübut edib, hətta Tramp onların bu məsələlərə müdaxilə etməsinə belə icazə verməyib".