Polşalı nazir Trampın Nobel Mükafatına namizədliyini bir şərtlə irəli sürəcəyinə söz verdi
21:28 DünyaPolşa xarici işlər naziri Radoslav Sikorski ABŞ Prezidenti Donald Trampın Ukraynada ədalətli sülhü təmin edəcəyi təqdirdə onun namizədliyini Nobel Sülh Mükafatına irəli sürəcəyini vəd edib.
Olaylar.az xəbər verir ki, bu barədə nazir Osloda keçirilən beynəlxalq təhlükəsizlik konfransında çıxışı zamanı deyib.
"Əgər Prezident Tramp Ukrayna üçün ədalətli sülh təmin edərsə, onun Sülh Mükafatına namizədliyini irəli sürəcəm", - deyə Sikorski bildirib.
Qeyd edək ki, bundan əvvəl İtaliya Baş naziri Corcia Meloni ABŞ Prezidentinin bir gün Nobel Sülh Mükafatına layiq görüləcəyinə ümid etdiyini ifadə edib. O, Trampın Ukrayna üçün ədalətli və dayanıqlı sülh təmin etmək qabiliyyətinə inandığını deyib.
Xatırladaq ki, Tramp Norveç Baş naziri Yonas Qar Störeyə yazdığı məktubda ölkəsinin ona Nobel Sülh Mükafatı təqdim etmədiyi üçün bundan sonra yalnız sülh məsələlərini düşünmək öhdəliyi hiss etmədiyini bildirib.