Macarıstan Rusiyadan enerji tədarükünə qadağaya görə Aİ-ni məhkəməyə verdi
20:55 DünyaMacarıstan Rusiyadan enerji tədarükünün qadağan edilməsinə dair qərara görə Avropa İttifaqını məhkəməyə verib.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
Onun sözlərinə görə, Aİ Şurasının müvafiq qərarı artıq qüvvəyə mindiyi üçün Macarıstan hökuməti həmin qərarın ləğvini tələb edən məhkəmə iddiası qaldırıb.
Siyarto qeyd edib ki, sözügedən qadağa mahiyyət etibarilə sanksiya xarakteri daşıyır və onun fikrincə, konsensusla deyil, əksəriyyətin səsverməsi ilə qəbul edildiyi üçün prosedur pozuntusu ilə təsdiqlənib. O həmçinin Avropa Komissiyasının bu tədbiri Macarıstan və Slovakiyanın etirazlarına baxmayaraq, ticarət siyasətinin elementi kimi təqdim etdiyini bildirib.
Macarıstanın xarici işlər naziri əlavə edib ki, Aİ-nin təsis sənədlərinə əsasən, üzv dövlətlər öz enerji siyasətlərini müstəqil şəkildə müəyyənləşdirir və tədarükçüləri özləri seçirlər.