Politika: Polşa Rusiyaya uzaqdan hücum etməyə hazırlaşır - ÖZƏL

Polityka-nın məqaləsində Polşanın Rusiyadakı hədəfləri uzaqdan vurmağa hazırlaşdığı qeyd olunur.

Olaylar xəbər verir ki, ölkə silahlı qüvvələrinin Baş Qərargah rəisi Vislav Kukula Silahlı Qüvvələrin inkişafı üçün yeni konsepsiya təqdim edib.

Bu konsepsiya Polşanı Rusiya dövlətinin əsas nöqtələrinə və resurslarına uzaqdan zərbə endirə bilən bir qüvvə kimi təsvir edir. Nəşr həmçinin Moskvanın hücuma dərhal cavab verəcəyini vurğulayır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl Avropada hakimiyyətdə olan insanların savadsız və məsuliyyətsiz olduğunu bildirmişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31