Pezeşkiandan ABŞ ilə bağlı mühüm GÖSTƏRİŞ
18:59 Dünyaİran Prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara başlamaq əmri verib.
Olaylar.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi İran hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Amerika tərəfi ilə əlaqələr yaxın günlərdə Türkiyədə baş tuta bilər.
Görüşün dəqiq yeri və vaxtı hələ açıqlanmasa da, danışıqların, çox güman ki, İranın xarici işlər naziri Abbas Araqçı və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff səviyyəsində keçiriləcəyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31