İran ətrafında görülməmiş vəziyyət: Çin peyki FOTO yaydı – Hücum başlayır?
15:40 DünyaABŞ İrana qarşı müharibəyə hazırlıqları artırır. Qətərin Əl-Udeyd aviabazasında yerləşdirilən 12 ədəd ABŞ F-15E qırıcısı və bir ədəd "Rafale" təyyarəsi Çin peyki tərəfindən görüntülənib.
"Voll Strit Jurnal"in məlumatına görə, ABŞ İranın mümkün cavab zərbəsinə qarşı hava hücumundan müdafiə sistemlərini gücləndirir.
Nəşr yazır ki, Pentaqon Amerika qoşunlarının yerləşdirildiyi bazalara əlavə THAAD raketdən müdafiə sistemi, eləcə də bir neçə "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirmək üzərində işləyir.
ABŞ Prezidenti Donald Tramp isə İranla razılaşma əldə olunacağına ümid etdiyini bildirib. Tramp ABŞ donanmasının İran sahillərinə yaxın yerləşdiyini qeyd edib.
Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, ABŞ özünü İranla müharibəyə tam hazır vəziyyətə gətirib:
"Bu da İrana verilən ultimatumun bir tərkib hissəsidir. Vaşinqton bununla ciddi olduğunu göstərmək istəyir. Həm də ABŞ bu məsələyə görə artıq kifayət qədər çox resurs xərcləyib, yəni geri addım atacağını düşünmürəm.
İran da hazırlaşır. Paralel olaraq isə prosesi uzatmaq niyyətindədir. Lakin bunun effektiv olacağı müəmmalıdır. Zərbələrdən sonra vəziyyətin hansı xətt üzrə inkişaf edəcəyi hesablanır. Yaxın günlərdə diplomatik səylərin fəal dalğasını müşahidə edəcəyik. Düşünürəm ki, İran rejimi bunu ancaq vaxt udmaq üçün edir. Lakin mövcud gərginlik ABŞ-ın hücumu ilə nəticələnəcək".