İran XİN: Tehran Vaşinqtonla danışıqlara açıqdır – ÖZƏL
14:48 Dünyaİran ABŞ ilə gərgin münasibətlərin yumşaldılması üçün diplomatik imkanları nəzərdən keçirir.
Olaylar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib. Qərb KİV-lərinin yazdığına görə, Bəqai Tehranın yaxın günlərdə konkret nəticələrə ümid etdiyini bildirib.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Araqçi CNN-ə açıqlamasında Tehranın Vaşinqtonla danışıqlar aparmaq və İranın nüvə proqramı üzrə razılaşmaya gəlmək imkanının mövcud olduğunu deyib. Onun sözlərinə görə, ABŞ tərəfinin danışıqlar komandası prezident Donald Trampın səsləndirdiyi "ədalətli razılaşma" və "nüvə silahının olmaması" prinsipinə sadiq qalacağı təqdirdə, yeni danışıqlar mümkündür.
Əraqçi qeyd edib ki, Yaxın Şərqdəki bir neçə dost ölkə vasitəçi rolunda çıxış edərək tərəflər arasında qarşılıqlı etimadın bərpasına çalışır. Nazir vurğulayıb ki, konstruktiv danışıqlar etimada əsaslanmalıdır, lakin İran hazırda ABŞ-ni etibarlı danışıqlar tərəfdaşı kimi görmür və bu etimadsızlığın aradan qaldırılması vacibdir.
Eyni zamanda Əraqçi bildirib ki, bəzi qüvvələr ABŞ-ni öz maraqları naminə münaqişəyə cəlb etmək istəyir. Bununla belə, o, prezident Donald Trampın "doğru qərar verəcək qədər müdrik" olduğuna inandığını deyib.