Luiziana ştatında həbsxanadan səkkiz təhlükəli məhbus qaçıb-L ÖZƏL

ABŞ-ın Luiziana ştatında yerləşən istintaq təcridxanasından səkkiz məhbus qaçıb. Olaylar.az xəbər verir ki, bu barədə yerli WAFB9 telekanalı məlumat yayıb. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, qaçanlardan üçü artıq saxlanılıb. Lakin qalan beş nəfər hələ də axtarışdadır.
Bildirilir ki, qaçan məhbuslar arasında ağır cinayətlərdə, o cümlədən Şərqi Baton-Ruj dairəsində törədilmiş qətllərdə ittiham olunan şəxslər var. Səlahiyyətli qurumlar qeyd ediblər ki, bəzi qaçqınlar əvvəllər qətl və digər zorakı cinayətlərin istintaqları çərçivəsində saxlanılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31