ABŞ-ın sualtı qayıq əleyhinə təyyarəsi İran yaxınlığında neytral sular üzərində uçuş həyata keçirib -ÖZƏL 

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing P-8A Poseidon patrul və sualtı qayıq əleyhinə təyyarəsi İran sərhədinə yaxın ərazilərdə-Fars və Oman körfəzlərinin neytral suları üzərində müşahidə edilib. Olaylar.az xəbər verir ki, bu barədə TASS aviadispetçer dairələrindəki mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, P-8A Poseidon İranın hava məkanına yaxın ərazilərdə, təxminən 6 min metrdən bir qədər yüksək uçuş hündürlüyündə patrul fəaliyyəti həyata keçirib. Təyyarənin Bəhreyndə yerləşən aerodromdan havaya qalxdığı bildirilir.
Qeyd olunur ki, son bir neçə gün ərzində həmin bölgələrdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Northrop Grumman MQ-4C Triton pilotsuz uçuş aparatı da müşahidə olunub. Geniş ərazilərdə-həm quruda, həm də dənizdə müşahidə aparmaq imkanına malik olan bu PUA gündəlik 10-15 saatlıq kəşfiyyat uçuşları həyata keçirib və Boeing P-8 Poseidon tipli təyyarələrin fəaliyyətini tamamlayıcı rol oynaya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31