Rusiya və Qazaxıstan birgə vətənpərvərlik layihələrinə start verir- ÖZƏL
11:06 DünyaRusiyanın hakim partiyası olan "Vahid Rusiya" Qazaxıstanın iqtidar partiyası "Amanat" ilə birlikdə gənclər üçün ortaq vətənpərvərlik təşəbbüslərinin həyata keçirilməsini təklif edib.
Olaylar.az xəbər verir ki, bu barədə "Vahid Rusiya" Partiyasının Baş Şurasının katibi Vladimir Yakuşev Astanada "Amanat" Partiyasının nümayəndələri ilə keçirilən görüşdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi "Vahid Rusiya"nın əsas fəaliyyət istiqamətlərindən biridir və bu yanaşma Qazaxıstan tərəfinin prioritetləri, o cümlədən "Jastar Ruxı" gənclər hərəkatının məqsədləri ilə üst-üstə düşür
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31