Qazaxıstandan rus dili ilə bağlı qərar

Qazaxıstanın yeni Konstitusiyasında rus dilinin statusu dəyişməz qalacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Konstitusiya Məhkəməsinin mətbuat xidməti tərəfindən dərc edilmiş ölkənin yeni Konstitusiya layihəsinin mətnində deyilir.

Yeni Konstitusiya layihəsinin 9-cu maddəsində qeyd edilir: "Dövlət qurumları və yerli özünüidarəetmə orqanlarında rus dili rəsmi olaraq qazax dili ilə yanaşı istifadə olunur".

Qazaxıstanda rus dilinin statusunu müəyyən edən eyni formul ölkənin hazırkı Konstitusiyasında da mövcuddur.

Xatırladaq ki, Qazaxıstanın mövcud Konstitusiyası 1995-ci ildə qəbul edilib. Son 30 ildə bir neçə dəfə əhəmiyyətli dərəcədə dəyişdirilib. Konstitusiyaya dəyişikliklərlə bağlı sonuncu referendum 2022-ci ildə keçirilib, qarşıda gözlənilən səsvermənin nə vaxt olacağı hələlik bəlli deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31