Laricani: İran vurulsa, bu ölkələr hədəfə alınacaq

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-nin ölkəsinə hücumu halında Amerikanın Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-dəki səfirliklərinin hədəf alınacağı ilə hədələyib.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla "Iran International" məlumat yayıb.

Mənbə bildirib ki, Laricani ötən həftə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ də daxil olmaqla, bəzi regional ölkələrin rəsmiləri ilə əlaqə saxlayaraq bu barədə xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31