Aİ-dən sonra İsveçrə də Rusiya neftinə məhdudiyyət tətbiq edir

İsveçrə 1 fevraldan etibarən Rusiya neftinin qiymət tavanını endirəcək.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) məlumat yayıb.

Bildirib ki, bir barel üçün qiymət tavanı 47,6 dollardan 44,1 dollara enəcək.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Aİ-nin Rusiyadan neft tədarükünə qoyduğu embarqo qüvvəyə minib və dəniz yolu ilə daşınan Rusiya neftinin hər barelinə 60 dollar limit tətbiq edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31