Aİ Ukrayna müharibəsində iştirak edən Rusiya hərbçilərinə sanksiya hazırlayır

Avropa İttifaqı Ukraynadakı xüsusi hərbi əməliyyatda iştirak etmiş bütün Rusiya hərbçilərinin Aİ ölkələrinə girişinin qadağan edilməsi imkanını müzakirə edir.

Olaylar.az xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə baş sözçüsü Anita Hipper deyib.

Onun sözlərinə görə, təşəbbüs Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasda müzakirə olunub və bir sıra üzv dövlətlərin dəstəyini qazanıb.

O bildirib ki, təşəbbüsün konkret icra mexanizmlərini müzakirə etmək hələ tezdir. Bununla belə, Aİ Rusiyaya təzyiqi artırmaq üçün mümkün addımları nəzərdən keçirir.

Daha əvvəl "Politico" nəşri bu təklifin Estoniya tərəfindən irəli sürüldüyünü yazmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31