Avropa İttifaqında Rusiyalı jurnalistlərə sanksiya tətbiq olunub
18:48 DünyaAvropa İttifaqı dörd rusiyalı televiziya jurnalistinə - Dmitri Quberniyev, Yekaterina Andreyeva, Pavel Zarubin və Mariya Sittelə, həmçinin artistlər Roman Çumakov (təxəllüsü - Roma Jiqan) və Sergey Poluninə qarşı sanksiyalar tətbiq edib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin "Rəsmi Jurnalı"nda dərc olunan sənəddə qeyd olunur.
Avropa İttifaqı onların hamısını peşəkar jurnalist və yaradıcılıq fəaliyyəti çərçivəsində Ukrayna ilə bağlı Rusiya Federasiyası hökumətinin fəaliyyətini dəstəkləməkdə ittiham edib.
Aİ-nin fərdi sanksiyaları Avropa İttifaqı ərazisinə girişin qadağan edilməsini, həmçinin mövcud olduğu təqdirdə Avropa banklarında yerləşən istənilən maliyyə aktivlərinin dondurulmasını nəzərdə tutur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31