Aİ Gürcüstanla bağlı tədbirlər görəcəyini istisna etmir – ÖZƏL

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ Xarici İşlər Şurasının iclası öncəsi Gürcüstanda planlaşdırılan qanunvericilik dəyişiklikləri ilə bağlı açıqlama verib.

Olaylar.az xəbər verir ki, Kallas "Evroskop" nəşrinin jurnalistinin Gürcüstanda hakim "Gürcü Arzusu" partiyası tərəfindən irəli sürülən qanunvericilik təşəbbüsləri ilə bağlı sualını cavablandırarkən bildirib ki, bu məsələyə görə məsuliyyət daşıyan şəxslərə qarşı addımlar atıla bilər.

"Bu gün keçirilən görüşdə bəzi nazirlərin bu mövzunu qaldıracağını gözləyirəm. Biz insan hüquqlarının və fundamental azadlıqların tərəfdarıyıq və söz azadlığı da onların ayrılmaz hissəsidir. Biz bunu həyata keçirənlərə qarşı addımlar atacağımızı gözləyirik", - deyə Kaya Kallas vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31