Dnestryanı prezident seçkiləri ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirməyi tapşırıb- ÖZƏL 

Dnestryanı Moldaviya Respublikasının (tanınmayan) prezidenti Vadim Krasnoselski  keçiriləcək prezident seçkiləri ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib. Olaylar.az xəbər verir ki, o, bu barədə hakimiyyət orqanlarına ünvanladığı müraciətində bildirib.
Krasnoselski Dövlət Təhlükəsizliyi Nazirliyinə (DTN) qarşıdan gələn seçkilər dövründə Dnestryanının təhlükəsizliyinə zərər vurmağa yönəlmiş xarici dövlətlərin xüsusi xidmət orqanları, təşkilatları və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər fəaliyyətlərinin aşkar edilməsi, qarşısının alınması və neytrallaşdırılması istiqamətində işi intensivləşdirməyi tapşırıb. Prezident müraciətin dərc olunmuş stenoqrammasında vurğulayıb ki, əsas diqqət seçkilərə hazırlıq və səsvermənin keçirildiyi dövrə yönəldilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31