Çində 73 nəfər futboldan ömürlük diskvalifikasiya olundu
13:36 DünyaÇində futbolda oyun alqı-satqısı və korrupsiyaya qarşı tədbirlər çərçivəsində 73 nəfəri futboldan ömürlük uzaqlaşdırıb və doqquz yüksək liqa klubunun xalı silinib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Cəzalandırılanlar arasında Çin milli komandasının sabiq baş məşqçisi və "Everton"un keçmiş futbolçusu Li Te, eləcə də Çin Futbol Assosiasiyasının (CFA) sabiq prezidenti Çen Süyüan da var.
2019-2021-ci illərdə milli komandaya rəhbərlik etmiş Li və Çen milyonlarla dollar məbləğində rüşvət almaqda təqsirli biliniblər. Li 20 il müddətinə azadlıqdan məhrum edilib, Çen isə ömürlük həbs cəzası alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31