Zelenski Putinə birbaşa görüş təklif etdi

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Prezident Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüş keçirməyə hazırdır. Nazir qeyd edib ki, mümkün sülh danışıqları zamanı əsas müzakirə mövzuları ərazi məsələləri və Zaporojye Atom Elektrik Stansiyasına nəzarətlə bağlı ola bilər.

Olaylar.az xəbər verir ki, Sibiqanın sözlərinə görə, hazırkı mərhələdə sülh prosesində razılaşdırılmamış iki əsas və ən həssas məsələ qalmaqdadır: işğal olunmuş ərazilərin taleyi və Zaporojye AES üzərində nəzarət mexanizmi. Məhz bu məsələlərin müzakirəsi üçün Zelenski Putinlə üz-üzə görüşməyə açıqdır.

Nazir eyni zamanda vurğulayıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla ayrıca görüşün keçirilməsinə ehtiyac görmür.

Bundan əlavə, Sibiqa bildirib ki, tərəflərin nümayəndə heyətləri artıq atəşkəsin şərtləri, onun monitorinqi və icrasına nəzarət mexanizmləri ilə bağlı geniş müzakirələr aparıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31