Mirzoyan: Azərbayсanın erməni əsirləri qaytarması barışa töhfədir – ÖZƏL
17:29 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan AŞPA-da çıxışı zamanı bildirib ki, Azərbaycanın saxlanılan erməniləri azad etməsi barış prosesinə mühüm töhfə olacaq.
Onun sözlərinə görə, Azərbaycanda saxlanılan dörd nəfərin sonuncu azadlığa buraxılması qalan 19 nəfərin də azad ediləcəyinə, eləcə də itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlığa ümid yaradır. "Bu, şübhəsiz ki, barış işinə əhəmiyyətli töhfə olacaq", - deyə Mirzoyan vurğulayıb.
Nazir həmçinin Avropa Şurası və AŞPA-nın Cənubi Qafqaza ardıcıl diqqətini, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına göstərilən dəstəyi yüksək qiymətləndirib.
Xatırladaq ki, yanvarın 14-də Azərbaycan Ermənistana dörd saxlanılan şəxsi - David Davtyan, Gevork Sudjyan, Vigen Eulcekçyan və Vaqif Xaçatryanı təhvil verib.