Rusiya və İran geosiyasi itkilərə məruz qalıb- ÖZƏL
17:27 DünyaRusiya və İran Qlobal Cənubun əsas aktorları sırasındadır. Lakin bu iki imperialist güc bir neçə ildir olduqca mürəkkəb geosiyasi vəziyyətlə üzləşib. Kreml imperiya narrativləri fonunda Ukraynaya müdaxilə etdi. Moskvanın məqsədi tamamilə Ukraynanı işğal edib özlərində kodlaşdırdıqları tarixi missiyanı tamamlamaq idi. Lakin istəklə reallıqlar arasında hər daim fərq var. Ruslar hər gün kiçik bir kənd, qəsəbə və yaxud şəhər uğrunda minlərlə canlı qüvvə itirir. Bundan daha böyük isə mövcud resurs itkiləri fonunda qlobal mövqeylərin itirilməsidir. Rusiya Ukraynaya müdaxilə etməklə Baltik və Qara dənizdə ciddi güc itirdi. Bununla paralel Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqeləri xeyli zəiflədi. Həmçinin Suriyada illərlə mübarizə aparmasına baxmayaq orada da məğlubiyyətin acısını dadmalı oldu və Aralıq dənizində varlığını itirdi. Bütün bunlar Rusiyanın məhz geosiyasi itkilərinin mühüm komponentidir.
Analoji vəziyyət İran üçündə keçərlidir. İslam ölkəsi uzun müddət Yaxın Şərqdə müqavimət oxu adlandırdığı bir güc çəmbəri formalaşdırmışdı və həmin qüvvələr fəaliyyət göstərdikləri ölkələrdə ciddi hərbi-siyasi təsirə malik idilər. Lakin regional dinamikanın qanunauyğunluqları və Birləşmiş Ştatlarla İsrailin hərbi kompaniyaları proksilərin zəifləməsi çərçivəsində İranı məhz öz qabığına çəkilməyə məcbur etdi. Ötən ilin iyunundan başlayaraq cənub qonşumuza qarşı mərhələli şəkildə hərbi aventura tətbiq edilir. İndi də növbəti hərbi əməliyyatlar dalğası gündəmdədir və böyük ehtimalla bu reallaşacaq. Zənn edilməsin ki, Vaşinqton İranı məhv etmək və yaxud parçalamaq arzusundadır. Onların istəyi praqnozlaşdırılan və tabe olan İran görməkdir. Bunun üçün isə genişmiqyaslı quru əməliyyatlarına ehtiyac yoxdur. Hava zərbələri və İraq ssenari, yəni, elita nümayəndələrinin satın alınması kifayətdir. Təbii ki, bunlar birmənalı olaraq qlobal geostrateji bölgünün elementləridir. Qlobal məqsəd Çinin hərəkət trayektoriyasını minimallaşdırmaqdır. Lakin təsir əks təsirə malikdir. Bu o demək deyil ki, ABŞ hər addımda müvəffəqiyyət qazanacaq. Risqlər də bərabərində gəlir. Çin sakit görünsə də, məharətlə Vaşinqtonun səhvlərindən istifadə edir.
Siyasi şərhçi Pərviz Mirizadə.