Zaxarova: “Marinera” tankerindəki iki rus dənizçisi azad edilib-ÖZƏL
13:29 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a açıqlamasında "Marinera" tankerində saxlanılan iki rus dənizçisinin azad edildiyini və hazırda Rusiyaya qayıtdığını bildirib. Rusiya Nəqliyyat Nazirliyi daha əvvəl yanvarın 7-də ABŞ hərbçilərinin açıq dənizdə "Marinera" tankerinə mindiyini açıqlamış, BMT-nin Dəniz Hüququ Konvensiyasına əsasən açıq dənizdə gəmiçilik azadlığının təmin olunduğunu və digər dövlətlərin yurisdiksiyasında qeydiyyatdan keçmiş gəmilərə qarşı güc tətbiqinin yolverilməz olduğunu vurğulamışdı. Bildirilmişdi ki, tanker 24 dekabr 2025-ci ildə Rusiya bayrağı altında üzmək üçün müvəqqəti icazə alıb.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə ABŞ administrasiyasının "Marinera" tankerinin ekipajını mümkün federal qanun pozuntuları ilə bağlı məhkəmə araşdırması üçün ABŞ-a gətirə biləcəyini demişdi. Vaşinqton tankerinin ABŞ sanksiyalarını pozaraq neft daşıdığı iddia edilən Venesuelanın "kölgə donanması"na aid olduğunu bildirir.