Rusiyada miqrant uşaqları ilə bağlı ŞOK ADDIM - Nazirlik MƏLUMAT YAYDI
10:31 DünyaRusiya məktəbləri miqrant uşaqlar barədə məlumatları Daxili İşlər Nazirliyinə ötürəcək.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Təhsil Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, qanunvericiliyə əsasən, məktəblər və kolleclər miqrant uşaqların təhsil müəssisəsinə qəbulu üçün müraciətləri, rus dili biliklərinin test nəticələrini, həmçinin xarici tələbələrin məktəbə qəbul və ya çıxarılması barədə məlumatları Daxili İşlər Nazirliyinə təqdim edəcək.
Daxili İşlər Nazirliyi öz növbəsində miqrant uşaqların miqrasiya qeydiyyatına alınması və qeydiyyatdan çıxarılması barədə təhsil idarələrini məlumatlandıracaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31