İranın məşhur hərbi bazasında DƏHŞƏTLİ PARTLAYIŞ - Təxliyə əmri verildi

 

 
  •  
  •  
  •  
  •  

Sosial media istifadəçiləri dünən Tehranın cənubunda yerləşən Pərçin hərbi-sənaye bazasında partlayış və atəş səsləri eşitdiklərini bildiriblər.

Bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

"Pərçini təxliyə etməklə bağlı əmr verilib. Bütün personal əmrlə dərhal təxliyəyə məcbur edilib. Onlara hətta gördükləri işləri bitirməyə belə icazə verilməyib. ABŞ hücumu bu gündür, yoxsa Tramp psixoloji müharibəyə daha əvvəl başlayıb?", - məsələ ilə bağlı iranlı jurnalist Fərhad Mottəqi "X" hesabında təcili paylaşım edərək yazıb.

İranın hökumət mediası isə yayılan məlumatları təkzib edib.

"Mehr News" agentliyi bildirib ki, ərazidə heç bir partlayış və ya fövqəladə hadisə qeydə alınmayıb. Agentliyin məlumatına görə, eşidilən səslər Pərçin hərbi bazasının normal və gündəlik fəaliyyəti ilə bağlıdır.

Qeyd edək ki, Pərçin hərbi-sənaye kompleksi İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında hərbi nüvə fəaliyyəti ilə bağlı uzun müddətdir mübahisə mövzusu olan obyektlərdən biri hesab olunur.

Musavat.com

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31