Ukrayna XİN rəhbəri: Zelenski Putinlə görüşə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski ərazi məsələləri və Zaporojye AES ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa "Yevropeyske Pravda"ya verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, sülh prosesində ən problemli iki məsələ qalıb: ərazi məsələləri və Zaporojye AES üzərində nəzarət.

"Prezident Putinlə görüşməyə və bu məsələləri dəqiq həll etmək üçün onları müzakirə etməyə hazırdır", - Sibiqa qeyd edib.

Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşə ehtiyac gördüyünü də diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31