Rusiya qoşunlarını Suriyadan çıxarmağa başladı

Rusiya qoşunlarını Suriyadan çıxarmağa başlayıb.

Olaylar.az xəbər verir ki, Rusiya Suriyanın şimal-şərqində, PKK/YPG terror təşkilatının Suriya qolu olan SDF-in yerləşdiyi Qamışlıdakı bazasını boşaltmağa başlayıb.

Yerli mənbələr Qamışlı hava limanı yaxınlığındakı bazanın əsasən boşaldıldığını bildirib. Rusiyanın avadanlıqlarını bazadan yük təyyarəsi ilə daşınıb. Qamışlıda hələ də Rusiya qoşunları olsa da, onlar tədricən ərazini tərk edirlər.

Kreml məsələ ilə bağlı açıqlama verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31