Çin ABŞ-nin Kuba siyasətini tənqid etdi
21:34 DünyaÇin ABŞ-ni Kuba xalqını yaşamaq və inkişaf etmək hüququndan məhrum etməyi dayandırmağa çağırıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakonq rəsmi Pekinin ABŞ-nin Kuba siyasətindən dərin narahat olduğunu dilə gətirib: "Regional sülhün və sabitliyin pozulmasına son qoyulmalıdır. Kubaya qarşı embarqo və sanksiyalar dərhal ləğv edilməlidir. Çin Kubaya kömək və dəstək göstərmək üçün əlindən gələni edəcək. Əminik ki, Kuba xalqı Kommunist Partiyasının rəhbərliyi altında bu müvəqqəti çətinliklərin öhdəsindən gələcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31